hörmətli (nüfuzlu, əla)

of the first water высшей марки
hörmətini yerə vurmaq
hövlank qaçmaq (dəli kimi qaçmaq)
OBASTAN VİKİ
Hörmətli fahişə
Hörmətli fahişə və ya Səxavətli fahişə (fr. La Putain respectueuse) — Fransa yazıçısı və filosofu Jan Pol Sartr tərəfindən 1946-cı ildə fransız dilində yazılan teatr tamaşası. İki pərdəli əsərdə hadisələr 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında baş verir. Əsərin əsas süjet xətti cənub əyalətlərinin birində yaşayan ailənin oğlanlarını zənci bir şəxsi qətlə yetirdiyi üçün həbs edilmələrindən qurtarmasından bəhs edir. Ailə bu istəyini küçə qadını Lizzi MekKeyi oğlanlarının əvəzinə günahsız zənci şəxsi günahlandırması üçün yalandan şahidlik etməsinə razı salaraq həyata keçirir. İlk dəfə 1946-cı ilin noyabrında nümayiş olunan tamaşa, Sartrın 1945-ci ildə ABŞ-yə etdiyi səyahətdəki müşahidələrindən sonra yazılmışdır. Yazıçı teatr tamaşasını 1931-ci ildə bu ölkədə baş verən doqquz zənci şəxsin iki küçə qadınına təcavüz etməklə günahlandırıldığı üçün həbs edildiyi Skottsboro məhkəməsindən və səyahət ərəfəsində burada tanış olduğu Riçard Raytın əsərlərindən ilhamlanaraq yazmışdır. Sartr əsərdə irqçiliyi və Amerika cəmiyyətindəki təbəqə sistemini küçə qadının, ona təcavüz etdiyi üçün günahlandırılan zənci şəxsin və cinayət törətmiş varlı şəxsin hekayəsindən bəhs edərək ironik bir şəkildə sərt tənqid etmişdi. Sartrın ekzistensializm janrında yazdığı və Lizzinin əhatəsində sərt kişilər, varlılar və linç şəxslərinin olmasına baxmayaraq seçimlərində nə qədər azad olduğundan bəhs edən əsər bir çox tənqidlərə məruz qalmışdır. Əhali yazıçının bir fransız olaraq Amerika Birləşmiş Ştatlarına qarşı çıxdığını bildirmişdi.
Hüseyn Əla
Hüseyn xan Məhəmmədəli xan oğlu Əla (13 dekabr 1882, Tehran – 13 iyul 1964, Tehran) — İranın baş naziri. Hüseyn xan Məhəmmədəli xan oğlu 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Hüseyn xan Əla ali təhsilini İngiltərədə, London şəhərində almışdı. Xarici İşlər vəzarətinə işə düzəlmişdi. Moinəlvüzəra ləqəbini daşıyırdı.
Əla Surəsi
87-ci surə
Əbül-əla Gəncəvi
Əbülüla Gəncəvi yaxud Əbüləla Gəncəvi (XI əsr, Gəncə – bilinmir) — mənşəcə Azərbaycan türklərindən olan şair. Səlcuq türkləri Azərbaycana gələndən sonra XI–XII əsrlərdə, ölkənin Ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü. Nizami Gəncəvi təsadüfən "Mənim Babilim" deyə öymürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qatran Təbrizi də Gəncəyə köçür.
Məhəmməd Əla oğlu Hümam
Hümam Təbrizi və ya Xacə Hümam Təbrizi (fars. همام الدین تبریزی‎, Hümamüddin Təbrizi, Hümam ibn Məhəmməd Əla; 1238, Təbriz – 1314) — Elxanilər dövlətində yaşamış Azərbaycan və İran sufi şairi. O, şeiri, təlimi, təqvası, təsəvvüfə əsaslanan mənəviyyatına görə dövrünün ən seçilən simalarından biri idi. Hümam ömrünün çox hissəsini Təbriz şəhərində keçirmiş və burada nüfuzlu şəxsiyyət olmuşdur. O, Cüveynilər ailəsinə yaxın olmuş, onlardan siyasi və mədəni himayə almış və onların dəstəyi ilə Təbrizdə xanəgah qurmuşdur. 1284-cü ildə Hümamın himayədarı Şəmsəddin Cüveyni edam edildikdən sonra o, Rəşidəddin Həmədani kimi digər siyasi xadimlər arasında dəstək tapmağı bacarmışdır. Hümam 78 yaşında vəfat etmiş və Təbrizin Sürxab mahalında dəfn olunmuşdur. Onun poeziyasının əksəriyyəti qəzəl formasında yazılmış, müasiri Sədi Şirazinin üslub və ahənginə uyğun olmuşdur. O, həmçinin iki məsnəvi – "Söhbətnamə" və "Kitab-i mənəviyyat"ın müəllifi olmuşdur. Hümamın erkən illəri və təhsili ilə bağlı təfərrüatlar, o cümlədən doğulduğu yer qaranlıq qalmışdır.
Tarixdə 100 ən nüfuzlu şəxs
Tarixdə 100 ən nüfuzlu şəxs (ing. The 100: A Ranking of the Most Influential Persons in History) — amerikan astrofiziki Maykl Hartın (ing. Michael H. Hart) 1978 və 1992-ci illərdə nəşr olunmuş kitabılarının adı. Kitablar qısa tərcümeyi-hallar məcmuəsidir. Kitabda əsas siyahıdan olan insanlarla yanaşı, digər mühüm şəxslərin də siyahısı verilmişdir. Bu siyahıda, əsas siyahıdan fərqli olaraq, şəxslərin daha kiçik həcmli qısa tərcümeyi-halları da verilmişdir. Hart, Michael H. The 100: A Ranking of the Most Influential Persons in History. New York: Carol Publishing Group/Citadel Press; first published in 1978, reprinted with minor revisions 1992. ISBN 978-0-8065-1068-2 Основной список и список почетных упоминаний (1992) Arxivləşdirilib 2015-03-01 at the Wayback Machine The 100 (1992), Michael H. Hart Анализ религиозных воззрений 100 самых влиятельных людей (1992)Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine.
Tarixdə 100 ən nüfuzlu şəxs (kitab)
Tarixdə 100 ən nüfuzlu şəxs (ing. The 100: A Ranking of the Most Influential Persons in History) — amerikan astrofiziki Maykl Hartın (ing. Michael H. Hart) 1978 və 1992-ci illərdə nəşr olunmuş kitabılarının adı. Kitablar qısa tərcümeyi-hallar məcmuəsidir. Kitabda əsas siyahıdan olan insanlarla yanaşı, digər mühüm şəxslərin də siyahısı verilmişdir. Bu siyahıda, əsas siyahıdan fərqli olaraq, şəxslərin daha kiçik həcmli qısa tərcümeyi-halları da verilmişdir. Hart, Michael H. The 100: A Ranking of the Most Influential Persons in History. New York: Carol Publishing Group/Citadel Press; first published in 1978, reprinted with minor revisions 1992. ISBN 978-0-8065-1068-2 Основной список и список почетных упоминаний (1992) Arxivləşdirilib 2015-03-01 at the Wayback Machine The 100 (1992), Michael H. Hart Анализ религиозных воззрений 100 самых влиятельных людей (1992)Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine.
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı — SSRİ Ali Sovetinin 1 noyabr 1950-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı "Медаль «За отличную службу по охране общественного порядка»". Ордена и медали СССР. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 января 2008.